“Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib”
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu sözləri Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə ediblər: "Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir".