Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın milli bayramı – Alman Birliyi Gününün 30-cu ildönümü münasibətilə bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktubda Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd edilir. Vurğulanır ki, siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımızla müşayiət olunur. Prezident inandığını bildirir ki, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
“Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Almaniya xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Almaniya Federativ Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə dövlətimizin başçısı məktubda qeyd edir.