Ermənistanın Rusiyadakı səfiri: “Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır”
Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, TASS agentliyi xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiosuna müsahibəsində bunu təsdiqləyən fikirlər səsləndirib.
Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir.
“Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq”, - deyə erməni diplomat vurğulayıb.