Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünyaya 12 dildə çatdırır - FOTOLAR

A- A A+

Türkiyənin rəsmi Anadolu agentliyi Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar nəticəsində iki ölkə arasında yaranmış hərbi qarşıdurma barədə məlumatları, eləcə də ölkəmizə dair həqiqətlərin bütün əsas məqamlarını dünya ictimaiyyətinə 12 dildə çatdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatlar türk, ingilis, Bosniya, rus, alban, fransız, ərəb, fars, İndoneziya, ispan, Makedoniya və kürd (ərəb və latın əlifbaları) dillərində operativ qaydada agentliyin internet saytında yerləşdirilir.

Son iki gündə baş verən hadisələr, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, dövlətimizin qəbul etdiyi qərarlar, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyə dövlətinin qardaşlıq dəstəyi barədə xəbərlər məlumatların ana xəttini təşkil edir. Xəbərlər video və fotolarla təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: