Türk Şurası: Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll olunmalıdır

A- A A+

Türk Şurası beynəlxalq hüququn bütün norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) bəyanatında yer alıb. Baş katib Bağdad Amreyevin imzaladığı bəyanatda deyilir ki, Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır”.

Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: