Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır

267

Bütün dünya, əsasən də Ermənistanın terrorçuluq siyasətinə ortaq olanlar bilməlidirlər ki, Azərbaycan Türkiyə üçün təkcə dost ölkə, yaxın bir istiqamət deyil, eyni zamanda, könül və tale məkanıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsindən gərginləşən vəziyyətə münasibət bildirərkən ifadə edib.

Türkiyə parlamentinin sədri deyib: “Türkiyə hər zaman bütün maddi, mənəvi qüvvəsi ilə Azərbaycanın yanındadır. Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin yanında olmağa davam edəcəyik”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünənki açıqlamasında Ermənistanı terrorçu dövlət olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: