Xarici ölkə KİV-ləri Ermənistanın Azərbaycana qarşı təxribatı barədə materiallar yaymaqda davam edir

A- A A+

Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna ölkəmizin Silahlı Qüvvələrinin əks-əməliyyatla cavab verməsi geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Monteneqro, Serbiya və Macarıstanda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna ordumuzun düşmənə layiqli cavab verməsindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

Vurğulanıb ki, sərhəd boyunca Azərbaycan kəndlərinin artilleriya vasitəsilə fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib.

Məqalələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın hərbi təcavüzünün davam etməsi, əhalinin qəsdən atəşə tutulması ilə bağlı fikirlərinə də yer verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: