Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik - FOTOLAR

A- A A+

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Məlumatlara görə, generalla bərabər Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: