Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı arasında telefon danışığı olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatlar müzakirə edilib.