BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.
Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.