Döyüş meydanında və diplomatiya masasında Azərbaycanın yanındayıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Bu məsələni kökündən həll etmək istəyirik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Türkiyəli nazir vurğulayıb ki, bu münaqişənin tək bir həll yolu var: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək”.