Türkiyənin Kocaeli vilayətinin bütün ictimai nəqliyyat vasitələri Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb
Azərbaycana dəstək məqsədilə Türkiyənin Kocaeli vilayətinin bütün ictimai nəqliyyat vasitələri Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Büyükakının təşəbbüsü ilə baş tutan tədbir şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanıb.
Bayraqların arasında “Bir millət, iki dövlət” şüarı əks olunub.