İsrailli yazıçı: Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır

A- A A+

Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu israilli yazıçı və jurnalist Pyotr Lyukimson öz “Facebook” səhifəsində yazıb.

O, Ermənistan-Azərbaycan münaqişəsində yeni gərginliyi diqqətlə izlədiyini deyib:

“Azərbaycanla Ermənistan arasında həm qədim, həm də yeni münaqişənin tarixçəsini bilməyən, heç vaxt regionda olmamış və xalqların heç birini tanımayan, baş verənlər haqqında yalnız KİV-lərin əksərən yalan və təhrif olunmuş xəbərləri əsasında məlumatlanan insanlar birmənalı olaraq Ermənistanın tərəfində dayanır. Onları döyüş əməliyyatlarının Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarında, köklü əhalinin qovulduğu torpaqlarda aparılması qətiyyən narahat etmir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: