Qarabağ işğal altındadır. Uzun zamandır ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında sakit qalmır. Ən son sentyabrın 27-də etdiyi hücumlara Azərbaycan layiqli cavab verdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop A HABER telekanalına müsahibəsində söyləyib.
Mustafa Şentop deyib ki, Azərbaycan bizim üçün bir millət, iki dövlətdir. Azərbaycan dövlətinin, azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyirik və sonadək yanındayıq.