Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, iş planına 14 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
-Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri.
-Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri.
-Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi.
-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi.
-“Daxili qoşunlar haqqında” qanun layihəsi.
-“Hərbi qulluqçuların statusu” haqqında” qanun layihəsi.
-“Lombardlar haqqında” qanun layihəsi.
-“İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi
-“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
-“Ali təhsil haqqında” qanun layihəsi.
-“Turizm haqqında” qanun layihəsi.
-“Kinematoqrafiya haqqında” qanun layihəsi.
-“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi
-“Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.