Milli Məclis yeni medalların təsis edilməsi barədə layihəni qəbul etdi

A- A A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, müstəqillik illərində dəmir yolları inkişaf edib: "Ölkəmizdə 7 oktyabr dəmiryolçuların peşə bayramı kimi qeyd olunur".

Komitə sədri qeyd edib ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.

Qanuna digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: