Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır - VİDEO

A- A A+

Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Bir  daha şahid oluruq ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar  və buna qadirdirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: