Düşmənin döyüş meydanında ataraq qaçdığı hərbi texnikalar - FOTOLAR

A- A A+

Şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Erməni hərbçiləri darmadağın edilmiş hərbi hissələrində çoxlu sayda döyüş və hərbi texnikalarını qoyub qaçıblar. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv olunub.

Düşmənin ataraq qaçdığı URAL və UAZ avtomobillərini AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş fotoqrafı Tofik Babayev lentə alıb. Fotoları təqdim edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: