Tacikistan portalı : Dünya kimin kim olduğunu bir daha gördü

A- A A+

Tacikistanın “avesta.tj” portalı “Əliyev-Paşinyan qarşıdurması. Dünya bir daha kimin kim olduğunu gördü” sərlövhəli məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rus dilində yayılan məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında aparıcıların bu iki ölkənin silahlı qüvvələrinin təmas xəttində baş verən hadisələrlə bağlı suallarını cavablandırdıqları qeyd olunub.

Yazıda bildirilir ki, təcrübəli siyasətçi Azərbaycan Prezidenti İlham Əliyevin verilən suallara məntiqli, real faktlara söykənən cavablarına, siyasətdə səriştəsizliyi ilə tanınan, gətirdiyi “arqument”lərdə faktlara yox, daha çox emosiyalara əsaslanan Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə bütün dünya şahidlik etdi.

“Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin cavablarından sonra əminliklə demək olar ki, İlham Əliyevin səviyyəsinə qalxmağın Nikol Paşinyan üçün əlçatmaz olduğunu da hamı gördü. Azərbaycan Prezidentinə xas təmkinlilik, diplomatiya, əminlik, səlis nitq qabiliyyəti təbii ki, Ermənistanın baş nazirində yoxdur. O, öz çıxışında bunu bir daha nümayiş etdirdi”, - deyə məqalədə vurğulanır.

Portalda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinin tam mətni ilə tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: