Döyüş mövqelərindən qaçan erməni əsgərlərinə məxsus sənədlər - FOTOLAR
Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına davam gətirməyən işğalçı erməni hərbçiləri vahimə içərisində geri çəkilirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan əsgərindən qorxan düşmən hərbi texnikaları ilə yanaşı, şəxsi sənədlərini, o cümlədən hərbi biletlərini və digər əşyalarını da ataraq qaçırlar.
Cəbhənin Füzuli istiqamətində məhv edilən, eləcə də döyüş mövqelərindən qaçan erməni əsgərlərinə məxsus bəzi sənədlərin fotolarını təqdim edirik.