MN: Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

A- A A+

Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb:

"HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: