Ermənistan prezidenti müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib
Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, A.Sarkisyan deyib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
Ermənistan prezidenti qeyd edib ki, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər.