Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Türkiyə mediasının baş xəbəri olaraq qalmaqdadır - FOTOLAR

A- A A+

Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma Türkiyənin bütün kütləvi informasiya vasitələrinin aktual mövzusu olaraq qalmaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhə boyu göstərdiyi rəşadətlə bağlı bol-bol video və foto paylaşan KİV-lər Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı vəhşi hücumlarına dair faktları da təqdim edirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, HABER TÜRK, NTV, CNN TÜRK, HABER GLOBAL, TRT WORLD və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırırlar.

Müzakirələrdə “Hərbi qarşıdurma nə vaxt bitər” sualına cavab axtaran jurnalistlər ilə ekspertlər arasında qızğın müzakirələr müşahidə olunur. Xarici ekspertlər də daxil olmaqla araşdırmaçıların fikri yekdildir: bölgəyə sülh gəlməsi üçün Ermənistanın işğalçı qoşunu Azərbaycandan çıxmalıdır. Bu Azərbaycan dövlətinin və xalqının beynəlxalq hüquqa əsaslanan dəyişməz mövqeyidir.

“Sabah”, “Türkiyə”, “Hüriyyət”, “Yeni şafak” və digər aparıcı, həmçinin yerli regional qəzetlər və xəbər portallarında mövzu ilə bağlı çox sayda xəbərə rast gəlmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: