Anar Eyvazov: Azərbaycan Ordusu düşmənə zərbələr endirməkdə davam edir

A- A A+

Azərbaycan Ordusu düşmənə zərbələr endirməkdə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, ordumuz torpaqlarımızı işğaldan azad edir və yüksək döyüş ruhuna malikdir: "Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun bariz nümunəsidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: