Ermənistan Müdafiə Nazirliyi kifayət qədər saxta məlumatlar paylaşır. Bu məlumatların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Sonradan həmin görüntülərin saytlardan və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib.
“Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”, - deyə Hikmət Hacıyev qeyd edib.