Hikmət Hacıyev: Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı kifayət qədər faktlarımız var

A- A A+

Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var. Əldə olan faktlar, dəlillər Azərbaycanın beynəlxalq tərəfdaşlarına təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Bir məqamı da onların diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən “kompatant” adını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: