Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazimatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: