Düşmənə növbəti xəbərdarlıq edilib

A- A A+

Xankəndi şəhərindən şimalda, Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.

Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: