Hikmət Hacıyev: Ermənistan ərazisindən bu cür məsuliyyətsiz raket hücumu Gəncə sakinlərini qorxuda bilməz
Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri çox güclüdürlər. Ermənistan ərazisindən bu cür məsuliyyətsiz raket hücumu onları qorxuda bilməz.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında bildirib.