Hikmət Hacıyev: Ermənistan mülki əhalinin və obyektlərin hədəfə alınmasını məqsədyönlü şəkildə həyata keçirir
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı cinayət törətməkdə davam edir. Bu gün Ermənistan yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “Smerç” raketlərindən atəşə tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, mülki insanlar arasında yaralananlar və həlak olanlar var. Ermənistan tərəfindən mülki əhalinin və obyektlərin hədəfə alınması məqsədyönlü şəkildə həyata keçirilir. Son günlər ərzində Ermənistan tərəfinin bu xain hərəkətləri nəticəsində mülki obyektlərə 10 mindən çox mərmi atılıb.