Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır. “Mən buradan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”, - deyə Prezidentin köməkçisi qeyd edib.