Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Ermənistanın Gəncəni və dinc əhalini atəşə tutmasını pisləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfir Bilal Haye özünün “Twitter” səhifəsində paylaşım edib.
“Dualarımız gəncəlilər üçündür. Mülki əhalini bombalamaq beynəlxalq qanunlara görə müharibə cinayətidir”, - deyə səfir bildirib.