Gürcüstan portalı Azərbaycan Prezidentinin köməkçisinin Gəncənin atəşə tutulması ilə bağlı açıqlamasını yayıb - FOTOLAR

A- A A+

Gürcüstanın “report.ge” portalı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin Tərtər şəhəri, Füzuli rayonunun Horadiz şəhərini və Gəncə şəhərini və dinc əhalini atəşə tutması ilə bağlı açıqlamasını yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı birləşmələrinin Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərini atəşə tutması oxucuların diqqətinə çatdırılır. Bu atəş nəticəsində dinc əhali arasında ölən və yaralananların olduğu qeyd olunur.

Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc əhalini və cəbhə xəttindən uzaq olan şəhərləri raket atəşinə tutması düşünülmüş şəkildə həyata keçirilir və əvvəlcədən hazırlanmış plandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: