Ərəb KİV-ləri ermənilərin Gəncəni artilleriya atəşinə tutması xəbərlərini yayıb - FOTOLAR

A- A A+

Ərəb ölkələrinin nüfuzlu KİV-ləri – Qətərin “Aljazeera” televiziya kanalı və Misirin “Al Ahram” qəzeti Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən artilleriya atəşinə tutulması, dinc əhali arasında ölən və yaralalanların olması barədə xəbərlər yayıblar.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərində, həmçinin Dağlıq Qarabağla yanaşı ərazidə yerləşən Beyləqanda mülki obyektləri və dinc əhalini hədəfə alıblar.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Adminstrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu addımını müharibə cinayəti adlandırıb və Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin xaincəsinə mülki əhalini atəşə tutduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: