Türkiyə mediası: Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı raket zərbəsindən istifadə etməsi vandalizmdir - FOTOLAR
Azərbaycanın Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması xəbəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən sürətlə yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə KİV-ləri dinc əhali arasına tələfat və mülki evlərin və obyektlərin dağıntısı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı raket zərbəsindən istifadə etməsini vandalizm adlandırıb.
Məlumatlar Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, TGRT, TRT AVAZ və sair telekanallar, eləcə də nüfuzlu qəzetlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmaqdadır.