ASALA Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yazan fransız jurnalistlərini “ÖLÜM”lə hədələyir - FOTOLAR
“Ermənilər başınızla futbol oynayacaq!”, “Yazınız sizə çox baha başa gələcək!”, “Adları yadda saxlayaq, pıerre plottu... müharibə dövrünün hökmü ölüm hökmüdür!”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ölüm hədələri Fransanın “La Liberation” qəzetinin jurnalistlərinə beynəlxalq erməni terror təşkilatı - ASALA və onun üzvləri tərəfindən göndərilib. Son günlər bu və digər erməni təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistləri ölümlə hədələyir və reallıqları gizlətməyə çalışırlar.
“La liberation” qəzetinin jurnalisti ASALA-nın, eləcə də erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən ölüm hədələrini Twitter hesabında paylaşıb. Qəzetin saytında Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı obyektiv məqalə çoxlarını, xüsusən ASALA-nı və erməni diasporunu qəzəbləndirib. Ölüm hədələri alan jurnalistlər məqaləni saytdan çıxarmağa məcbur olublar.
Artıq bir əsrdir Avropada məskunlaşan ermənilər bu gün də qanlarına hopmuş mənfur əməllərindən əl çəkə bilmirlər. “Demokratiyanın beşiyi” adlandırılan Fransanın da iç üzü açılır. Söz azadlığı deyib car çəkən, insan hüquqlarının müdafiəsi üçün özünü dağa–daşa vurub hay-həşir salan ölkədə jurnalistlər ölümlə hədələnir. Başqa ölkələrdə insan hüquqları axtarışında olan Fransanın öz daxilində ASALA-nın, eləcə də daim himayə elədiyi erməni lobbisinin jurnalistlərə qarşı ölüm hədələrinə cavabı bu ölkə rəsmilərinin insan hüquqlarının müdafiəsinə, söz azadlığına verdiyi önəmi əks etdirəcəyinə ümid edirik.