Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu özünün rəsmi “Twitter” səhifəsində paylaşıb.
K.Kılıçdaroğlu bildirib: “Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Gəncə şəhərinə və oradakı dinc əhalini hədəf alan xain hücumlarını şiddətlə qınayıram. Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram”.