CGTN: Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir

A- A A+

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində “Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir” başlıqlı məqalə yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciəti əsasında hazırlanan məqalədə dövlətimizin başçısının atəşkəsin reallaşması üçün Ermənistanın yerinə yetirməli olduğu şərtləri açıqladığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın çəkilməsinin dəqiq cədvəlini tələb edib.

“Bundan başqa, Prezident Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırdığına görə Ermənistanın baş naziri Nikol Paşinyanın üzr istəməsini tələb edib”, - deyən CGTN yazır ki, dövlət başçısının Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün 30 il gözlədiyini bildirib.

Dağlıq Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu qeyd edən CGTN Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” fikrinə də yer verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: