Ermənistan jurnalistləri də silahlandırıb

A- A A+

Ermənistan Müdafiə Nazirliyi jurnalistləri də silahlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stefanyanın paylaşımından görmək olur.

Qeyd edək ki, münaqişə baş vermiş ərazilərdə jurnalistlərin silahlandırılması, hətta jurnalistlərin öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquqi qaydalara ziddir. Çünki bu birbaşa jurnalistləri silahlı hədəf halına çevirir və onların həyatı üçün təhlükə yaradır.

Ermənistan hakimiyyəti isə hər şeydə olduğu kimi jurnalistikada da qayda və prinsipləri pozaraq jurnalistləri silahlandırır və onları silahlı hədəf halına çevirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: