Rusiyalı politoloq: Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması onu göstərir ki, Ermənistan ordusu Azərbaycan əhalisinə münasibətdə terror siyasəti yürüdür

A- A A+

Qarabağda cəbhə xəttindən onlarca kilometr məsafədə yerləşən, əhalisi yalnız dinc sakinlər olan Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması onu göstərir ki, Ermənistan ordusu Azərbaycan əhalisinə münasibətdə terror siyasəti yürüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Ryabtsov söyləyib.

Rusiyalı politoloq deyib: “Məsələ burasındadır ki, Azərbaycan ordusu Azərbaycanın hamılıqla tanınmış əraziləri olan işğal edilmiş rayonlardan və Dağlıq Qarabağın özündən kənarda yerləşən obyektləri atəşə tutmur. Beynəlxalq hüquq baxımından Azərbaycan yalnız öz ərazilərinin işğaldan azad edilməsi uğrunda müharibə aparır və bu mənada o, hər hansı konvensiyaları, hüququ və razılaşmaları pozmur.

Erməni ordusu Azərbaycanın Gəncə şəhərini atəşə tutub. Nəticədə azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Beləliklə, Ermənistan özünü işğalçı və terrorçu ölkə kimi göstərib. Azərbaycan ərazisinə, Azərbaycan şəhərlərinə atəş açmaqla Ermənistan beynəlxalq qanunvericiliyi pozur, bilərəkdən cinayət törədir. Bu ciddi cinayətə Beynəlxalq Cinayət Məhkəməsində, habelə BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində baxılmalıdır.

Problemin mahiyyətini bilməyənlər nəzərə almalıdırlar ki, Gəncə şəhəri döyüş əməliyyatları zonasından təxminən 60 kilometr aralıda yerləşir. Gəncə hər hansı kiçik kənd deyil, 500 min əhalisi olan iri şəhərdir. Bu şəhərdə məktəblər, xəstəxanalar, uşaq bağçaları var. Bir mərmi düşməsi onlarca insanın – qadınların və uşaqların həyatı bahasına başa gələ bilər. Erməni qoşunları və onların Xankəndidəki, Yerevandakı rəhbərləri nə etdiklərini başa düşürdülərmi? Əlbəttə, lap yaxşı başa düşürdülər. Başa düşürdülər və maksimum sayda insan tələfatına nail olmağa ümid edərək atəş açırdılar. Mənim fikrimcə, bu, heç şübhəsiz, Azərbaycanı cavab hərəkətlərinə sövq etmək, sonra isə şivən qoparmaq və bu hərəkətlərə beynəlxalq münasibət bildirilməsini tələb etmək üçün nəzərdə tutulan beynəlxalq cinayətdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: