Ukraynanın nüfuzlu KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb - FOTOLAR

A- A A+

Ukraynanın nüfuzlu informasiya agentlikləri, portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukraynanın dövlət Ukrinform, UNİAN informasiya agentlikləri, “RBK-Ukrayna”, “Qordon”, “Segodnya.ua” və digər xəbər saytlarında Prezident İlham Əliyevin xalqa müraciətində sərt tənqidi fikirləri dərc edilib. Məqalələrdə dövlətimizin başçısına istinadla qeyd edilib ki, atəşkəsin elan edilməsi bir şərtlə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasından sonra baş tuta bilər.

Ukrayna mətbuatı Prezident İlham Əliyevin bu fikirlərinə də xüsusi yer ayırıb: “Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Biz mütləq öz torpaqlarımızı işğaldan azad etməliyik və edirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: