Hikmət Hacıyev: Bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər

A- A A+

Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad edilsin.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər. Son hadisələri hərbi və siyasi təxribat kimi qiymətləndiririk. Onlar üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırlar. Azərbaycan tərəfi bunu çox gözəl bilir, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: