Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlara geniş yer ayırıb - FOTOLAR

A- A A+

Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa son müraciətini geniş yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın aparıcı xəbər resursları “Azərbaycan Prezidenti Qarabağda vəziyyətin kəskinləşməsinin təqsirkarlarını açıqladı”, “Azərbaycan Prezidenti: Onları iti qovan kimi qovuruq”, “Azərbaycan Prezidenti Qarabağda atəşkəs üçün şərtlərini açıqladı” kimi başlıqlı materiallar dərc edib.

Xəbərlərdə vurğulanır ki, Prezident İlham Əliyev Yerevanı və Ermənistana havadarlıq edən ölkələri Dağlıq Qarabağda müharibənin başlanmasının təqsirkarları adlandırıb. Azərbaycan liderinin Ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini azad etməsi barədə bəyanatı da Rusiya xəbər resurslarının diqqət mərkəzindədir.

Rusiya mətbuatı yazır ki, Prezident İlham Əliyev ermənilər qoşunlarını Dağlıq Qarabağdan çıxarandan sonra Azərbaycanın atəşkəsə razı olacağını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: