İndoneziya mətbuatı: Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru həyata keçirir

A- A A+

Ermənistan çarəsizlikdən azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru həyata keçirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziyanın nüfuzlu “republika.co.id”, “minanews.net”, “akurat.co.id”, “telusur.co.id”, “gpriority.co.id” və digər saytları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabındakı həmin sözləri oxucuların diqqətinə çatdırıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən döyüşlərlə əlaqədar həmin saytlarda dərc edilən məlumatlarda Prezident köməkçisinin aşağıdakı sözləri də sitat kimi yer alıb: “Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

Məlumatlarda Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən iriçaplı silahlardan, raket sistemlərindən atəş açmaqla Azərbaycan sərhədində təxribatlar törətdiyi, Azərbaycanın Ermənistana layiqli cavab verdiyi qeyd edilib.

Prezident İlham Əliyevin Ermənistan sülh istəyərsə, Azərbaycanın buna hazır olduğunu, lakin bunun üçün Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarının hamısından çıxarılması şərtini irəli sürdüyü də yazılarda yer alıb. Bununla yanaşı, Prezident İlham Əliyev bildirib ki, Ermənistan, həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu elan etməli və Azərbaycan xalqından üzr istəməlidir.

Məqalələrdə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ Azərbaycandır!” şüarı da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: