"Arsax qəhrəmanı" Zori Balayan da Qarabağdan qaçdı!

A- A A+

Ötən əsrin 80-ci illəri. Mixail Qorbaçov SSRİ hakimiyyətinə gələn kimi, ermənilərin "Qarabağ dərdi" yenidən işlədi. Qarabağın kimə məxsus olub-olmaması, guya ermənilərin İrəvanda və Qarabağda avtoxton xalq olması, burada mədəniyyət yaratması barədə erməni tarixçilərinin, etnoloqlarının, publisistlərinin, siyasətçilərin cəfəng yazıları və uydurmaları yenidən ayaq açıb yeridi. 

Perestroyka dövrünün ilk illərində bu uydurmalar erməni diasporları tərəfindən daha geniş vüsət alaraq, siyasi xarakter daşımağa başladı. Ermənilər M.Qorbaçovdan Qarabağı tələb edir, onu inandırmağa, ermənipərəsət arvadı vasitəsilə təsir etməyə çalışırdılar. 1988-ci ilin fevralında M.Qorbaçov ilə bu mövzuda ilk rəsmi görüşə gedənlər Zori Balayan və Silva Kaputikyan idi. DQMV-nin ali soveti Dağlıq Qarabağın müstəqilliyi və Ermənistana birləşdirilməsi haqqında qərar çıxarmışdı və qurumun vəkilliyini edən həmin erməni ideoloqları M.Qorbaçovdan bu qərarın həyata keçirilməsini istəyirdilər.

....

Onların ikisi də "Qarabağ hərəkatının qəhrəmanı və lideri" adı ilə erməni siyasi tarixinə daxil edilib. Demək olar ki, Ermənistanın eyni mükafatlarını, adlarını, ordenlərini alıblar. Bununla bərabər Z.Balayan Ermənistan Elmlər Akademiyasının müxbir üzvü, S.Kaputikyan isə akademik olub. İkisi də SSRİ Ali Sovetinin iclaslarında DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini qaldırmış, Qarabağda yaratdıqları etnik qarşıdurmada təqsirkar tərəf kimi azərbaycanlıları, Azərbaycan rəhbərliyini ittiham etmişlər.

Zori Balayana "Qarabağ hərəkatı"ndakı fəallığına görə 2006-cı ildə "Arsaxın qəhrəmanı" fəxri adı veriblər, Şuşa şəhərində təmtəraqlı təltif mərasimi keçiriblər...

Z.Balayan, S.Kaputikyan və ətrafı Azərbaycan xalqına qatı düşmən olduqlarını gizlətmir, xalqımıza, tariximizə, vətənimizə qarşı ideoloji və siyasi təxribatlar həyata keçirirdilər. İkisi də DQMV-nin Ermənistana birləşdirilməsi üçün planlı fəaliyyət göstərib. Bu erməni ideoloqları SSRİ Ali Sovetinin, DQMV-nin, sonralar qondarma "DQR"-in deputatı kimi Azərbaycan xalqının milli mənliyinə, hüquqlarına qarşı siyasi fəaliyyət aparıblar, xüsusi canfəşanlıqla tariximizin saxtalaşdırılmasında yaxından iştirak ediblər, regionda sabitliyi pozmaq, xalqlararası ədavəti gücləndirmək üçün əllərindən gələni əsirgəməyiblər. 1994-cü ildə "28 May" və "Gənclik" metrostansiyalarında terror aktı törədən diversantın verdiyi ifadəyə görə, Ermənistanda əsirlikdə olan zaman Z.Balayan tərəfindən terrorçu kimi təlimatlandırılıb. Yəni Z.Balayanın Azərbaycana qarşı həm də terror əməlləri olub.

1998-ci ildə bu terror aktları ilə bağlı məhkəmədə Azərbaycan prokurorluğu və Ali Məhkəməsinin qərarı ilə Z.Balayana qarşı cinayət işi açıldı. 1999-cu ildə respublikamızın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə Z.Balayan haqqında beynəlxalq cinayət axtarışı elan olundu. Təəssüf ki, 2001-ci ildə İnterpol bu axtarışa "siyasi xarakter daşıması" bəhanəsilə xətm verdi.

....

Hər iki erməni daşnakçı Azərbaycana qarşı kitabların müəllifidir. Xüsusilə Dağlıq Qarabağ ətrafında gedən müharibə illərində Azərbaycan haqqında təhqiramiz, yalan, qeyri-humanist fikirlərlə dolu kitablar, məqalələr yazıblar. Bir sözlə, onlar (və bir çox erməni alimləri) Qarabağ uğrunda 30 ildir davam edən müharibənin baiskarlarından, ideoloqlarından, təxribatçılarından olublar. Qoy dünya ictimaiyyəti onları da Qarabağ işğalının və müharibəsinin əsl səbəbkarları kimi tanısın, xalqımızın siyasi və ideoloji düşmənləri olduğunu bilsin.

....

Z.Balayan 1935-ci ildə Azərbaycanda, DQMV-də, daha dəqiq isə Xankəndində anadan olub. Həyatı boyu Azərbaycana qarşı qərəzli təbliğat və təxribat əməlləri həyata keçirib. Hayların "böyük ermənistan", "DQR" kimi saxta ideya və əməllərinin qızğın təbliğatçısı və ideoloqlarından biridir. Mənfur, faşist, satqın, anti-humanist erməni xislətinin ən nümunəvi tipidir.

....

1981-ci ildə Z.Balayanın erməni dilində "Oçaq" kitabı nəşr olundu. 1984-cü ildə kitab Moskvada rus dilində təkrar nəşr edildi. Kitabda Qarabağın, Naxçıvanın, Gəncənin guya tarixən ermənilərə məxsus olduğunu, bu ərazilərdə tarixi abidələrə, yerlərə, mədəniyyətə malik olduqlarını uydurur, öz çıxışlarına, erməni və rus tarixçilərinin cəfəng fikirlərinə istinad edirdi. Bu kitab erməni daşnaklarının 80-90-ci illərdə "Oçaq" ideoloji mərkəzinin Azərbaycan xalqına qarşı qızışdırıcı, təxribatçı mövqeyi ilə ərsəyə gəlmişdi. Ötən əsrin son onilliklərində həmin təxribatçı və terror mərkəzinin postları Rusiyada, Ermənistanda da qurulmuşdu. Z.Balayan kimi digər erməni ideoloqları və yaradıcı insanları da daşnakların maliyyələşdirdiyi bu anti-humanist cəmiyyətin fəal üzvü idilər. Ali məqsədləri Azərbaycan ərazilərinin və mədəniyyətinin tarixən erməni xalqına məxsus olması barədə cəfəng ideyalarına, tədqiqatlarına dünyanı inandırmaq idi.

"Oçaq" kitabı Azərbaycan ictimaiyyətinin sərt etirazı ilə qarşılandı. Azərbaycan alim və ziyalıları kitab haqqında tutarlı faktlarla cavab məqalələri yazdılar. Amma Z.Balayanın erməni-faşist xisləti dinc dayanmadı. 90-cı illərin əvvəllərində xalqımızın Qarabağ uğrunda savaşı başlayanda, yenə də "böyük ermənistan" uydurma ideyasını Qarabağ münaqişəsinin üzərinə gətirdi, ixtilafı bir az da alovlandırdı. Erməni hərbi birləşmələrinin Qarabağdakı işğalçılığı barədə "qələbə sevinci ilə" yazmağa başladı.

....

Zori Balayanın faşist, qaniçən təbiəti isə özünü 1996-cı ildə Moskvada nəşr olunan "Ruhumuzun oyanışı" ("Ojivlenie naşeqo duxa") kitabında bütün açıqlığı ilə büruzə verir. Kitabda Xocalı faciəsindən də bəhs olunur, xalqımıza qarşı törədilən bu soyqırım və terror hadisəsi müəllif tərəfindən "milli iftixarla" dəstəklənir. Ermənilərin cəllad ideoloqu xalqımızı təhqir etməklə bərabər, əsl faşist xisləti ilə Xocalı faciəsindən bir erməni kimi qürur duyduğunu, bu faciə ilə vətəni sevdiklərini yazır.

O, soyqırımda iştirakı və "qəhrəman" əməlləri barədə bunları xatırlayır: "Biz Xaçaturla evlərdən birinə girəndə artıq bizim əsgərlər 13 yaşlı uşağı dırnaqlarından pəncərənin çərçivəsinə mıxlayırdılar. Uşaq səs-küy salmasın deyə Xaçatur onun öldürülmüş anasının döşünü kəsib uşağın ağzına soxdu. Sonra mən 13 yaşlı türkə (oxu: azərbaycanlıya - A.A.) onun əcdadlarının bizim uşaqlarla etdiklərini elədim. Başının dərisini, qarnının və sinəsinin dərisini soydum. Mən saata baxdım, 7 dəqqiqədən sonra uşaq qanitirmədən öldü. İxtisasıma görə həkim olduğumdan, humanist idim, amma bu uşaqla etdiklərimə görə xoşbəxt deyildim. Lakin mənim ruhum sevinc içində aşıb-daşırdı, bayram edirdi, ona görə ki, bizim xalqın heç olmasa 1 faizinin qisasını almışdım.

 

Sonra Xaçatur öldürülmüş uşağın bədənini balta ilə tikələrə böldü və itə atdı, onlarla eyni kökdən olan itə. Axşam biz eynilə bunları türklərin 3 uşağı ilə də elədik.

Mən erməni, patriot və vətəndaş borcumu yerinə yetirirdim. Xaçaturu möhkəm tər basmışdı. Və mən onun gözlərində də və digər əsgərlərin gözlərində də güclü qisas və humanizm mübarizəsini gördüm. Sonra isə mayor Suren, mənim uşaqlıq dostum dedi: "Biz vəhşi deyilik, amma soyuq qəlbimizi qorumalıyıq, türklərin-cəlladların əlində həlak olan qurbanlarımızın ruhunu rahat etməliyik".

Ertəsi gün biz kilsəyə dua etməyə getdik ki, ruhumuz və 1915-ci ildə öldürülənlərin ruhu dünən gördüyümüz çirkabdan təmizlənsin. Lakin biz Xocalını vətənimizi işğal edən 30 min insandan təmizləmişdik". (З.Балаян. Оживление нашего духа. - М., 1996, c. 260-262).

....

1988-ci ildən etibarən erməni xalqına, Dağlıq Qarabağın erməni işğalçılarına dəstək verən və rəğbətini bildirən generel Aleksandr Lebed 90-cı illərdə içki düşkünü Boris Yeltsinin RF prezidenti kimi zəifliyindən sui-istifadə edərək, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmək, Rusiyanın prezidenti olmaq istəyirdi. Onun birinci əlaltısı və vasitəçisi Z.Balayan idi. Zori hərbçi generallarla və siyasi partiyalarla separat danışıqlar aparır, A.Lebedin prezident olması üçün onlardan dəstək istəyir, vədlər verirdi. Həmin danışıqlara cəlb edilən və 1995-1998-ci illərdə RF Daxili İşlər naziri işləmiş A.Kulikov sonralar bu barədə açıq etiraflarını yazmışdı. Deməli, A.Lebed hakimiyyətə gəlsəydi, indi Rusiyanı idarə edənlərdən biri də Zori Balayan olmalı imiş...

2013-cü il, oktyabrın 14-də Z.Balayan RF prezidenti Vladimir Putinə 34 səhifəlik açıq məktub göndərdi. O vaxt Azərbaycanda prezident seçkiləri yenicə, 4 gün əvvəl bitmişdi. Moskvada ermənipərəst qüvvələrin dəstəyi ilə ölkəmizdə siyasi sabitliyi pozmaq üçün yaradılmış təxribatçı "milyonerlər ittifaqı"nın qərəzli istəkləri baş tutmamışdı. Moskvada bir neçə dələduz iş adamının düzənlədiyi bu bədnam birliyi Azərbaycandan kim və kimlər təşkil etmişdi, kimlər siyasi dəstək verirdi? Diqqət edin: ölkəmizdə prezident seçkiləri və Z.Balayanın Putinə məktubu. Belə həlledici bir vaxtda nə istəyirdi Z.Balayan? Əlbəttə, ölkəmizdəki ermənilərin, erməniyə rəğbət edənlərin, "5-ci kolon"un vasitəçiliyi ilə sabitliyi pozmaq, hakimiyyət çevrilişinə nail olmaq. Çünki İlham Əliyev kimi xalqını sevən, professional, konstruktiv, humanist, beynəlxalq miqyasda siyasi nüfuz sahibi olan, erməni işğalı ilə qanunlar çərçivəsində mübarizə apara bilən güclü siyasi lider onlara öz işğalçı məqsədlərini həyata keçirmək üçün sərf eləmirdi. Məktubun mətnindən də göründüyü kimi, o, yenə də Qarabağın tarixini erməniləşdirir, uzun-uzadı tarixi cəfəngiyyat yazır, V.Putini erməni tarixçilərinin uydurmalarına, Qarabağın saxtalaşdırılmış tarixinə inandırmaq istəyirdi. Əsas məqsədi isə, məktubdan da göründüyü kimi, ATƏT-in Minsk Qrupunun üzvü kimi RF tərəfindən Qarabağ konfliktinin "ədalətli həlli" və ərazilərimizin birdəfəlik ermənilərə verilməsi idi. Bir məqsədləri də var idi: Azərbaycanda hakimiyyət çevrilişi etmək və digər qalan ərazilərimizi də işğala məruz qoymaq.

....

2020, fevral ayında qondarma "Arsax repsublikası"nın qondarma prezidenti B.Saakyan "Arsax qəhrəmanı", "erməni xalqının görkəmli ictimai-siyasi xadimi" Zori Balayanı 85 illiyi münasibətilə Şuşada təbrik etdi. Amma cinayətkar Zori Balayana bu təltifin sevincini sonacan yaşamaq, Xocalı faciəsi ilə ömürlük "milli qürur duymaq" nəsib olmadı. Belə ki, Rusiyanın ermənipərəst mediasının yazdığına görə, Z.Balayan bu il, sentyabr ayının sonlarında Şuşaya, erməni ordusuna ideoloji təlim və ruhi dəstək verməyə gedibmiş. Amma zavallı və saxta "Arsax qəhrəmanı" güclü Azərbaycan ordusunun qələbələrindən qorxuya düşüb, nəvəsini də götürüb, qorxaq tula kimi Şuşadan İrəvana qaçıb. Azərbaycanın qəhrəman əsgərləri bu gün də onları iti qovan kimi qovurlar.

....

Zori Balayana qarşı sərsəm, kəmağıl N.Paşinyanın "sülhsevər" arvadının rəğbəti olsa da, ötən ilin oktyabrından Paşinyan ailəsinin onunla dostluğu deyəsən soyuyub. Çünki Paşinyanın Şuşadakı əsgər oğlunun yekəxanalığı Z.Balayanın əsgər nəvəsinin xoşuna gəlməmişdi və baş nazirin oğlunu döymüşdü. Bir səbəb də budur ki, N.Paşinyan R.Koçaryanı həbs edəndə, Z.Balayan qaniçən Roberti dolayısı ilə dəstəkləmiş və Qarabağda baş verən "erməni qələbələrində" Koçaryanın "əməyi" olduğunu Paşinyan hakimiyyətinə xatırlatmışdı.

....

Bütün bunları yazmaqda məqsədim var. İstəyirəm, hörmətli oxucular, xüsusilə gənclər bilsinlər ki, Dağlıq Qarabağda təkcə erməni əsgərlərinin, qanunsuz hərbi birləşmələrinin deyil, zori balayanların, silva kaputikyanların, ambarsumyanların, koçaryanların, serj sarkisyanların, paşinyanların, arutyunların da əli xalqımızın qanına batıb. Biz qədim, sivil və güclü xalq olaraq təkcə Ermənistan işğalçı ordusu ilə, qondarma "arsax respublikasının" hərbçiləri ilə deyil, onların arxasında dayanan qəsbkar siyasətçilərlə də, şovinist ideoloji mərkəzlərlə də, təşkilatlanmış təxribatçı erməni lobbisi ilə də döyüşmüşük və bundan sonra da döyüşəcəyik. Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev, sonrakı mərhələdə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində əsl cəsur, qəhrəman, igid vətən oğlu kimi döyüşüblər. Vətəndaş və millət olaraq qürur duyduğumuz bu iki siyasi liderimiz Azərbaycanın haqq səsi, dünya azərbaycanlılarının birliyi, vətənin erməni faşistlərindən, hərbi təxribatlarından və erməni işğalından xilası uğrunda siyasət və diplomatiya cəbhəsində mərdliklə, qeyrətlə, qəhrəmanlıqla, ədalətlə vuruşublar.

....

Müqəddəs Vətən Savaşı davam edir. Tarix boyu bütün Qafqazda, Yaxın Şərqdə münaqişələrin, müharibələrin, terrorların, xəyanətlərin səbəbkarları və iştirakçıları olan xain, satqın, şərəfsiz balayanların, kapitukyanların, koçaryanların, sarkisyanların, paşinyanların, qukasyanların, arutyunyanların, saakyanların, lalayanların tarixi və siyasi sonu çatıb. Qəhrəman Azərbaycan əsgəri öz tarixi vətənini işğaldan azad etmək uğrunda haqq savaşı aparır. Bütün Azərbaycan xalqının dəstəklədiyi möhtərəm Prezidentimizin dediyi kimi, "biz bir qarış torpağımızı da düşmənə verməyəcəyik!"

Belə qaçarsan vətənim Qarabağdan, ay daşnak tör-töküntüsü, qorxaq və məğlub "Arsax qəhrəmanı", erməni faşisti, cinayətkar Zori Balayan!

Hara qaçsan da, divara mismarlayıb dərisini soyduğun və parçalayıb itlərə yem kimi atdığın o uşaqların ah-naləsindən, onların günahsız ruhunun divanından, şəhid oğullarımızın haqq qisasından heç yerə qaça bilməyəcəksən. Sən və sənin kimilərin özünü də, məxsus olduğu xalqı da, ölkəni də bütün tarixdə şərəfsizliyə, qeyri-insanlığa, haqqazidd əməllərə, işğala, günahlara, qeyri-sivil yaşayışa, müharibələrə, xalqlararası münaqişələrə və nəhayət, qaçılmaz məhvə məhkum ediblər.

Ariz Abduləliyev

jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: