Baş Prokurorluğun mətbuat xidməti qüdrətli Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlayıb - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti qüdrətli Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlayıb.
Videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu qüdrətli Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurması əks olunub. Həmçinin videoçarxda Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində ifadə etdiyi “Biz öz torpağımızda vuruşuruq. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri xüsusi vurğulanıb.