Rusiyanı hazırda Azərbaycan ilə Ermənistan arasında gedən müharibəyə cəlb etməyə cəhd göstərirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bu fikri “Rossiya 1” telekanalının “60 minut” siyasi tok-şousunun yeni buraxılışında söyləyib.
Verilişdə Almaniyanın “Spiegel” jurnalında dərc olunan materiala istinadən Qarabağda döyüşlərdə yaraqlıların iştirakı mövzusu müzakirə edilib. Deputat qeyd edib ki, o, dürüst məlumatlar almaqdan ötrü Azərbaycan Prezidentini dinləyir. Deputat Rusiyanı daim bu münaqişəyə cəlb etməyə cəhd göstərilməsindən hiddətləndiyini bildirib. Kalaşnikovun fikrincə, indiki vəziyyətdən çıxmağın yolu Kazan müqaviləsinin maddələrini yerinə yetirməkdir, yəni sərhədlərin açılması müqabilində Ermənistan tədricən rayonları qaytarmalıdır.