Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb - FOTOLAR
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi ""twitter" hesabı bu linkdədir:https://twitter.com/wwwmodgovaz",- nazirlikdən bildirilib.