Özbəkistan portalı Prezident İlham Əliyevin “TRT Haber” televiziya kanalına müsahibəsi ilə bağlı məqalələr dərc edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistanın “qalampir.uz” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsi ilə bağlı özbək dilində iki məqalə dərc edib.

Materiallarda Cəbrayıl şəhərinin və bir sıra kəndlərin işğaldan azad olunması, torpaqlarımızın boşaldılması ilə bağlı 30 ilə yaxın danışıqlar aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, 1994-cü ildən atəşkəsin qüvvədə olması, xarici ölkələrdə yaşayan ermənilərin bu müharibəyə cəlb edilməsi və digər taleyüklü məsələlərə aydınlıq gətirilir.

“İslamonline.uz” portalı isə səhifəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə görüşməsi haqqında məqalə yerləşdirib.

Görüşdə Mövlut Çavuşoğlu Ermənistanın Dağlıq Qarabağdakı təxribatları, Azərbaycanın əks-hücum əməliyyatları keçirməsi, işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərini, yaşayış evlərini atəşə tutması və bunun nəticəsində günahsız dinc əhalinin qətlə yetirilməsi və yaralanması haqqında məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: