Fransa merindən Gürcüstana zərbə

A- A A+

Fransanın Auvergne-Rhone-Alpes bölgəsinin meri Laurent Uauquiez Gürcüstanın Axalkalaki bölgəsinin Ermənistan ərazisi kimi qeyd olunduğu saxta xəritənin fotosunu paylaşıb. O, bununla separatçı və işğalçı Ermənistana dəstək nümayiş etdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, L.Uauquiez xəritəni özünün “Facebook” səhifəsində paylaşıb, Ermənistandan olan yaralılara 55 min avro məbləğində yardım göndərdiyini və erməniləri tək qoymayacaqlarını bildirib.

Qeyd edək ki, saxta xəritədə Gürcüstan torpağı olan Axalkalaki və bir neçə bölgə, eləcə də Azərbaycan, Türkiyə və İran torpaqları da Ermənistan ərazisi kimi göstərilib.

Məlumat üçün qeyd edək ki, L.Uauquiez 2011-2012-ci illərdə Fransa Ali Təhsil və Araşdırma naziri də olub.

Gürcüstanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi Mari Narçemaşvili rəsmi “Facebook” səhifəsində qeyd edib ki, sözügedən bölgənin meri L.Uauquiez sosial şəbəkələrdə (“Facebook” və “Twitter”) Gürcüstan ərazilərinin bir hissəsini Ermənistan ərazisi kimi göstərən xəritə paylaşıb. İlkin araşdırmalara görə, bu, Fransada fəaliyyət göstərən bir milliyyətçi təşkilatın fəal şəkildə istifadə etdiyi xəritədir və rəsmi Parislə heç bir əlaqəsi yoxdur. Bölgə merinin olduğu bina da həmin milliyyətçi təşkilatın ofisini təmsil edir", - deyə M.Narçemaşvili qeyd edib.

Nazirlik rəsmisi Gürcüstan Xarici İşlər Nazirliyinin və Gürcüstanın Fransadakı səfirliyinin məsələnin araşdırıldığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: